22/11/2020
14:30
3567
| A A A
Juventus-da Ronaldoyla bağlı qərar verildi

Juventus-un idman direktoru Fabio Paratiçi komandadan ayrılacağı iddia olunan Kriştiano Ronaldo haqda açıqlama verib.

Goal.az xəbər verir ki, Paratici, portuqaliyalı hücumçunun komandada qalacağını deyib:

“Sizə əminliklə deyə bilərəm ki, Ronaldo Juventus-da qalacaq. Transferlərlə bağlı hər gün bir xəbər çıxır. Biz, boş-boş xəbərlərə əhəmiyyət vermirik”.

Ronaldonun yayda Juventus-dan ayrılacağı iddia olunur. Turin təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan hücumçu, bu mövsüm A Seriyasında 5 oyuna 8 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21434 səs