22/11/2020
17:58
2590
| A A A
Milan-dan PSG-yə

PSG Milan-ın qapıçısı Canluici Donnarummanı heyətinə qatmaq niyyətindədir.

Goal.az xəbər verir ki, bu barədə La Gazetta dello Sport nəşri məlumat yayıb. İtaliya klubunun 21 yaşlı qolkiper üçün 50 milyon avro tələb etdiyi bildirilib.

Bundan əvvəl Milan-ın italiyalı oyunçu ilə 4 illik yeni müqavilə üçün razılığa gəldiyi haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, Donnarumma bu mövsüm komandasının heyətində 11 oyuna çıxıb və sözügedən matçların 4-də qapısını toxunulmaz saxlayıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21425 səs