25/11/2020
12:51
2625
| A A A
Barcelona Pikenin əvəzləyicisini tapdı

Barcelona zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq Jerar Pikenin yerini doldurmaq niyyətindədir.

Goal.az xəbər verir ki, Kataloniya klubu azad agent olan Ezekiel Qarayla müqavilə imzalamaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Barcelona-nın 34 yaşlı futbolçuyla bağlı yaxın zamanda qərar verəcəyi bildirilib.

Son olaraq Valencia-da çıxış edən Qaray hazırda azad agentdir. Argentinalı müdafiəçi 2008-2011-ci illər aralığında Real-da forma geyinib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24355 səs