26/11/2020
19:38
2782
| A A A
Fernandeş La Liqa nəhənginə keçə bilər

Manchester United-in futbolçusu Bruno Fernandeş karyerasını Real Madrid-də davam etdirə bilər.

Goal.az xəbər verir ki, “kral klubu” 26 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Madrid təmsilçisi komandadan ayrılacağı gözlənilən İsko gedəcəyi təqdirdə, portuqaliyalı oyunçunun qış transfer pəncərəsində keçidi üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, Fernandeş bu mövsüm Premyer Liqada 8 oyuna çıxaraq, 6 qol vurub və 3 qolun ötürməsini verib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24358 səs