Türk futbolçu üçün Manchester United və Juventus qarşı-qarşıya
Milan-da göstərdiyi performansdan sonra dünya nəhənglərinin radarına daxil olan türk futbolçu Hakan Çalhanoğlu üçün Manchester United-in ardınca Juventus da hərəkətə keçib.
Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" əzəli rəqibi Milan-la danışıqlara başlayıb.
Transferin qarşısındakı ən əhəmiyyətli əngəl kimi isə futbolçunun illik 7 milyon avro istəyi göstərilib.
Buna baxmayaraq, yarımmüdafiəçi əksikliyi yaşayan Juventus-un Hakanı heyətinə qatmaq üçün əlindən gələni edəcəyi bildirilib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR