05/12/2020
12:54
1332
| A A A
Nigeriya millisinin üzvü Galatasaray-a keçir

Nigeriya milli komandasının futbolçusu Əhməd Musa Galatasaray klubu ilə anlaşıb.

Goal.az xəbər verir ki, tərəflər müqavilə şərtləri və bonus məbləğində razılaşıblar. Yalnız rəzmi imzanın atılması qalıb.

28 yaşlı hücumçu "sarı-qırmızı" komandaya azad agent qismində keçəcək. CSKA-dəki çıxışları ilə məşhur olan forvard oktyabrın sonlarında Səudiyyə Ərəbistanının Al-Nasr klubu ilə sözləşməsini pozub. Onun üçüncü dəfə Moskva komandasına qayıdacağı bildirilirdi.

Qeyd edək ki, Əhməd Musa CSKA-nın formasını 2012 - 2016-cı illərdə və icarə əsasında 2018-ci ildə geyinib. Aralıq müddətdə isə o, Leicester City-də çıxış edib. Musa "hərbçilər"in heyətində 3 dəfə Rusiya çempionu, hərəyə 2 dəfə ölkə kuboku və Super Kubokunun sahibi olub. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24381 səs