22/12/2020
16:56
4249
| A A A
Barcelona-nın əsas transfer hədəfləri bilindi

Barcelona-nın qış transfer dönəmindəki əsas hədəfləri bəlli olub.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi Lyon-dan Memfis Depay və Manchester City-dən Erik Qarsiyanı heyətinə cəlb etmək niyyətindədir.

Klub bəzi zədəli oyunçulara görə xeyli zəifləyən heyəti bu iki futbolçu sayəsində gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Memfis Depayın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatmalıdır. Qarsiya isə Barcelona-nın yetirməsidir və 2016-cı ildə 1,7 milyon avro qarşılığında İngiltərə təmsilçisinə keçib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs