23/12/2020
15:55
4427
| A A A
Özilin Fenerbahçe-dən tələbi açıqlandı

Fenerbahçe-də Mesut Özilin transferi üçün rəsmi addım atılıb.

Goal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, klubun prezidenti Ali Koç ulduz futbolçunu yanvar ayında transfer etmək istəyib. Lakin o, bununla razılaşmayıb, mövsüm sonunda "sarı-göylər"in formasını geyinə biləcəyini deyib.

Arsenal-ın ən çox gəlir əldə edən futbolçusu türk klubundan illik 5 milyon avro və imza pulu istəyib.

Özilin bu tələbi vergilərlə birlikdə 8 milyona başa gələcək.

Klub isə 33 yaşlı yarımmüdafiəçiylə iyunda görüşüb transferi tamamlamaq istədiyini qeyd edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24382 səs