Cenk Tosun İtaliya klubuna keçir
Everton-un futbolçusu Cenk Tosun qış transfer pəncərəsində komandadan ayrılacaq.
Goal.az xəbər verir ki, 29 yaşlı hücumçunun “Fiorentina”ya keçəcəyi gözlənilir. İtaliya klubu Türkiyə millisinin üzvünü satınalma hüququ ilə icarəyə götürmək istəyir.
Qeyd edək ki, Tosun bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR