Dieqo Kostaya astronomik təklif
Atletico Madrid ilə müqaviləsini ləğv edən Dieqo Kosta Səudiyyə Ərəbistanından astronomik təklif alıb.
Goal.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, Al Hilal klubu futbolçuya 2.5 illik müqavilə üçün 17 milyon avro təklif edib.
Madrid təmsilçisi ilə razılaşa bilmədiyi üçün ayrılmağa qərar verən Kostanın bu yüksək təklifi qiymətləndirəcəyi, lakin Avropanı tərk etmək istəmədiyi də bildirilib.
Qeyd edək ki, 32 yaşlı futbolçu mövsümün ilk yarısında oynadığı 7 matçda 2 qol vurmuşdu.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR