Milan bu futbolçu üçün Türkiyədə
Bu mövsüm performansı ilə adından söz etdirən Ozan Tufan Avropa komandalarının diqqətini çəkib.
Goal.az xəbər verir ki, türk milli futbolçuya Crystal Palace və West Bromwich-in ardınca Milan da elçi düşüb.
Türkiyə mətbuatının məlumatına görə, Fenerbahçe-nin 2-1 qazandığı Alanyaspor matçını izləyən italyan nəhənginin skaut komandası 25 yaşlı futbolçu haqqında tez-tez qeydlər edib.
Qeyd edək ki, klub rəhbərliyi yarımmüdafiəçi üçün 15 milyon avroluq transfer qiyməti təyin edib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR