08/01/2021
16:36
2523
| A A A
Manchester City-dən Paris klubuna

Manchester City-nin futbolçusu Serxio Aquero karyerasını Fransada davam etdirə bilər.

Goal.az xəbər verir ki, argentinalı hücumçu PSG-nin maraq dairəsindədir.

Paris təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettino həmyerlisini komandasında görmək istəyir. Fransa klubu cənubi amerikalı forvardı azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. Bu səbəbdən də PSG Aqueronun müqaviləsinin yayda başa çatmasını gözləyir.

Qeyd edək ki, cari mövsüm zədələrdən əziyyət çəkən Serxio Premyer Liqada 5 matça çıxıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24204 səs