09/01/2021
15:35
2033
| A A A
Falkao Madrid təmsilçisinə gedir?

Galatasaray-a transfer olduğu gündən bəri gözlənilən performansı göstərə bilməyən Radamel Falkao ilə bağlı İspaniya mətbuatı şok iddia ortaya atıb.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, o, Dieqo Kosta ilə yollarını ayıran Atletico Madrid-in transfer siyahısında yer alıb.

Məlumatda baş məşqçi Simonenin bu transferə müsbət münasibət bəslədiyi də bildirilib.

Qeyd edək ki, tez-tez zədələnən Falkao bu mövsüm "sarı-qırmızı"lı forma ilə çıxdığı 8 matçda 5 qol və 2 məhsuldar ötürməyə imza atıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24208 səs