12/01/2021
10:43
2026
| A A A
Real Madrid-dən London klubuna

Real Madrid-in hücumçusu Mariano Dias karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 27 yaşlı futbolçu West Ham-in maraq dairəsindədir.

Premyer Liqa klubu Real-ın heyətində kifayət qədər şans qazanmayan futbolçunu bu qış transfer etmək niyyətindədir. Məlumata görə, West Ham futbolçunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, 2018-ci ilin yayından Real-da çıxış edən Diasın klubla müqaviləsi 2023-cü ildə başa çatacaq. O, cari mövsümdə ümumilikdə 7 oyunda iştirak edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs