12/01/2021
16:42
2137
| A A A
Qarabağ-ın qapıçısı Arsenal-da

Qarabağ-ın keçmiş qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin Arsenal klubunda davam etdirə bilər.

Goal.az "Sport1" nəşrinə istinadən xəbər verir ki, hazırda Bournemouth-da çıxış edən Bosniya və Herseqovina millisinin üzvü "topçular"ın maraq dairəsinə düşüb.

Ehtiyat qapıçı axtarışında olan London təmsilçisində əsas namizədlərdən birinin 34 yaşlı Beqoviç olduğu bildirilib.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümün ilk hissəsini icarə əsasında Qarabağ-da keçirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24205 səs