12/01/2021
18:55
1574
| A A A
Atletico Madrid futbolçusunu icarəyə verdi

Osasuna heyətini Atletico Madrid-in futbolçusu ilə gücləndirib.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Osasuna Madrid təmsilçisindən müdafiəçi Manu Sançesi icarəyə götürüb. 20 yaşlı futbolçuyla cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Atletico ilə müqaviləsi 2025-ci ilin yayınadək olan Sançes, cari mövsümdə Madrid klubunun heyətində yalnız bir oyunda iştirak edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24207 səs