Real Madrid-dən Bundesliqa klubuna
Real Madrid-in futbolçusu Luka Yoviç karyerasını yenidən Almaniya Bundesliqasında davam etdirəcək.
Goal.az xəbər verir ki, serbiyalı hücumçu sabiq komandası Eintracht-a icarəyə verilib.
Tərəflər arasında rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı bildirilir.
Qeyd edək ki, Luka Yoviç 2019-cu ildə Real Madrid-ə məhz Frankfurt təmsilçisindən keçib. "Kral klubu" bu transfer üçün 60 milyon avro təzminat ödəyib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR