Sampdoria-da yeni hücumçu
Sampdoria heyətinə yeni futbolçu qatıb.
Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Breşiya”nın 28 yaşlı hücumçusu Ernesto Torreqrossanı transfer edib.
Klubun saytı onunla 4,5 illik müqavilə imzalandığını yazıb.
Qeyd edək ki, Verona-nın yetirməsi olan Torreqrossa 2018-ci ildən Brescia-nın uğurları üçün çalışırdı. İtalyan forvard karyerası ərzində Crotone, Monza, Trapani, Lumezzane kimi klublarda da top qovub.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR