14/01/2021
13:43
2109
| A A A
Milan-dan Hakan Çalhanoğluna jest

Milan Hakan Çalhanoğluna yeni təklifini təqdim etməyə hazırlaşır.

Goal.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Məlumata görə, klub illik 2,5 milyon avro qazanan Çalhanoğluna 4 milyon avroluq müqavilə təklif edəcək. Müqaviləyə maaşdan əlavə xüsusi bonus maddələr də əlavə ediləcək.

Futbolçunun nümayəndələrinin çərşənbə günü rəhbərliklə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, 26 yaşlı türk milli futbolçu bu mövsüm çıxdığı 24 rəsmi oyunda 6 qol, 9 məhsuldar ötürməyə imza atıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24381 səs