14/01/2021
15:12
1168
| A A A
Fransa klubu Dieqo Kostanı veto etdi

Fransız komandası Marseille Atletico Madrid ilə yollarını ayıran Dieqo Kostanı veto edib.

Goal.az xəbər verir ki, bu barədə "La Provence" nəşri məlumat yayıb.

Məlumata görə, Madrid təmsilçisindən ayrıldıqdan sonra klub axtaran Kosta hücumçu transfer edəcəyini rəsmi olaraq elan edən Fransa klubuna təklif edilib.

Lakin müqavilə şərtləri ilə tanış olandan sonra bu transfer Marseille rəhbərliyi tərəfindən veto edilib.

Qeyd edək ki, məşhur futbolçu bu mövsüm klubunda keçirdiyi 7 oyunda cəmi 204 dəqiqə iştirak edərək 2 qola imza atıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24208 səs