Özil karyerasıyla bağlı qərarını verdi
Arsenal-ın futbolçusu Məsut Özillə yollarını ayıracağı dəqiqləşib.
Goal.az xəbər verir ki, tərəflərin müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verəcəkləri qeyd olunub.
Həmçinin 32 yaşlı yarımmüdafiəçinin bu həftəsonu azad agent kimi Fenerbahçe-ya keçəcəyi bildirilib.
Qeyd edək ki, Özil bu mövsüm Arsenal-ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR