Galatasaray-dan Premyer Liqa klubuna
Galatasaray-ın futbolçusu Mbaye Diagne karyerasını İngiltərədə davam etdirəcək.
Goal.az xəbər verir ki, seneqallı hücumçu West Bromwich-lə anlaşıb.
Premyer Liqa təmsilçisi 30 yaşlı forvardı cari mövsümün sonunadək icarəyə götürüb. Klub yayda təcrübəli oyunçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Mbaye Diagne bu mövsüm Galatasaray-ın heyətində meydana çıxdığı 19 oyunda 11 qol vurub. Onun İstanbul klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR