29/01/2021
10:49
5341
| A A A
PSG Mbappeni satır?

PSG futbolçusu Kilian Mbappe ilə yollarını ayıra bilər.

Goal.az xəbər verir ki, Paris təmsilçisi hələ də yeni müqaviləyə razılıq verməyən 23 yaşlı hücumçunu satmağa hazırlaşır.

Rəhbərlik fransalı forvardın 2022-ci ilin yayında komandanı azad agent kimi tərk edə biləcəyindən narahatdır.

Qeyd edək ki, Kilian Mbappe ilə Real Madrid və Liverpool klubları yaxından maraqlanırlar. Futbolçunun dəyəri 180 milyon avro məbləğində qiymətləndirilir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs