Odion İqalonun yeni klubu müəyyənləşdi
Manchester United-də çıxış edən Odion İqalonun yeni ünvanı bilinib.
Goal.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İqalo sözügedən ölkənin Al Shabab klubuna keçib. Bu barədə Ər-Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İqalo ilə 2,5 illik müqavilə imzalanıb.
İqalo ötən ilin yanvarında Çinin Shanghai Shenhua klubundan icarə əsasında Manchester United-ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR