05/02/2021
19:37
1261
| A A A
Ajax-dan Leipzig-ə

Ajax-ın hücumçusu Brayan Brobbi karyerasını böyük ehtimalla, Almaniya Bundesliqasında davam etdirəcək.

Goal.az xəbər verir ki, 19 yaşlı futbolçunu Leipzig transfer etməyə hazırlaşır.

Amsterdam təmsilçisi ilə olan müqaviləsinin müddəti bu yay bitəcək Brayan klubunun onu qane etməyən yeni anlaşma təklifi geri çevirib. Leipzig gənc forvard uğrunda mübarizədə Boerussia Dortmund üstələyərək istəyinə çatıb.

Qeyd edək ki, Avropada parlamaqda olan ulduz sayılan Brobbi bu mövsüm Ajax-ın əsas komandasında çıxdığı 5 çempionat oyununda 2 qol vurub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs