08/02/2021
17:17
3743
| A A A
Atletico Madrid-in yeni transfer hədəfi

Atletico Madrid heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

Goal.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb. Madrid təmsilçisi Eintracht-dan Andre Silvanı transfer etmək istəyir. Almaniya klubu isə qarşı tərəfin 25 yaşlı hücumçu üçün 30 milyon avrodan çox məbləğ təklif edəcəyi təqdirdə danışıqlara başlamağa hazır olduğu bildirilib.

Qeyd edək ki, Silva bu mövsüm Bundesliqada 19 oyuna çıxaraq, 17 qol vurub. Portuqaliyalı oyunçu çempionatda Robert Levandovskidən (Bayern Münich) sonra ikinci ən məhsuldar futbolçudur.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs