Fransa klubundan Səudiyyə Ərəbistanına
Rennes klubunun hücumçusu Mbaye Nyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu Al-Ahli klubuna keçib.
Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Nyanq mövsümün sonuna qədər icarə əsasında Al-Ahli-də çıxış edəcək.
Nyanq karyerası ərzində İtaliyada Torino, Milan, Genoa, İngiltərədə Watford, Fransada Monpellier klublarının uğurları üçün çalışıb. Seneqal millisinin də üzvü olan hücumçu 2019-cu ildən Rennes-də çıxış edirdi. (matc)
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR