Suarez klubunu dəyişə bilər
Atletico Madrid-in futbolçusu Luis Suarez yayda komandanı tərk edə bilər.
Goal.az xəbər verir ki, bu barədə Marca məlumat yayıb. 34 yaşlı hücumçunun madridlilərlə müqaviləsində bu yay komandanı tərk edə bilməsi ilə bağlı bənd var. Suarez istəsə, yayda müqaviləsini birtərəfli şəkildə poza bilər.
Qeyd edək ki, ötən ilin sentyabrında Atletico ilə 2 illik müqavilə imzalayan Suarez bu mövsüm La Liqada 16 qol vurub.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR