Milan-ın sabiq futbolçusu ABŞ klubuna keçdi
Milan-ın və İtaliya milli komandasının sabiq futbolçus Luka Antonelli karyerasını ABŞ-da davam etdirəcək.
Goal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Miami klubuna keçib.
Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Antonelli ilə müqavilə bu ilin noyabrına kimi nəzərdə tutulub.
Karyerası ərzində Milan,Parma, Bari, Genoa, Empoli kimi klublarda çıxış edən Antonelli ilk dəfə İtaliyadan kənarda çıxış edəcək. Müdafiəçi İtaliya yığmasında 13 oyun keçirib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR