25/02/2021
20:12
4351
| A A A
Ajax-ın ulduz futbolçusu Rusiya klubunda

Spartak Moskva klubu sabiq hücumçusu Kvinsi Promes ilə güclənib.

Goal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi Niderlandın Ajax klubundan ayrılıb və Rusiya təmsilçisi ilə müqavilə bağlamaq üçün Moskvaya yollanıb. Niderlandlı forvardın köhnə-yeni klubu ilə 3.5 illik müqavilə imzalayacağı bildirilir. Lakin Spartak hələ bu transferin detallarını açıqlamayıb.

Spartak-ın bu keçid üçün qarşı tərəfə 8,5 milyon avro ödəyəcəyi iddia olunur. Məbləğ bonuslarla birlikdə 11 milyon avroya çata bilər.

Qeyd edək ki, Kvinsi Promes 2014-2018-ci illər aralığında məhz Spartak-da forma geyinib. O, bu komandada 115 oyun keçirib, 59 qol vurub. Promes Spartak-dan ayrılandan sonra bir mövsüm Sevilla-da da çıxış edib.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13767 səs