22/03/2021
20:51
1346
| A A A
Leipzig-də yeni transfer

Leipzig heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransa Strasbourg-unun müdafiəçisi Məhəmməd Simakanı transfer edib.

21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Fransalı futbolçu yeni komandasına cari mövsümün sonunda qoşulacaq. O, Leipzig-də 2 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, bu mövsüm Strasbourg-un heyətində 19 oyunda meydana çıxan Məhəmməd Simakan bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib. O, Fransanın U-20 millisinin də üzvüdür.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15565 səs