23/03/2021
12:56
2158
| A A A
Remzi Premyer Liqaya qayıdır

Juventus-un futbolçusu Aaron Remzi karyerasını Liverpool-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, "mersisaydlılar" 30 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir. Turin klubu da oyunçunu satmağa müsbət yanaşır. Onun Juventus-la müqaviləsi isə 2022-ci ilin yayına qədərdir. Futbolçunun transfer dəyəri 20 milyon avro məbləğində müəyyənləşdirilib.

Qeyd edək ki, Remzi bu mövsüm 26 matçda 2 qol vurub və 5 assist edib.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15559 səs