25/03/2021
14:57
2384
| A A A
Arsenal-ın sabiq futbolçusu MLS klubuna keçdi

Arsenal-ın sabiq müdafiəçisi Kiran Gibbs karyerasını ABŞ-da davam etdirəcək.

Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu İnter Miami klubuna keçib.

Gibbslə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Müdafiəçi iyulda yeni komandasına qoşulacaq.

2017-ci ildən İngiltərənin West Bromwich klubunda çıxış edən Gibbs, İnter Miami-yə yayda azad agent kimi keçəcək.

İngiltərə yığmasında 10 oyuna çıxan Kiran Gibbs, 2007-2017-ci illər aralığında Arsenal-da çıxış edib.

İnter Miami klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15554 səs