Farfanın yeni klubu bəlli oldu
Peru milli komandasının sabiq hücumçusu Cefferson Farfan özünə yeni iş yeri tapıb.
Goal.az xəbər verir ki, 36 yaşlı futbolçu bundan sonrakı karyerasını ölkəsində davam etdirəcək.
O, Allianza Lima klubuna keçib. Bu barədə Peru təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Farfanla müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.
Farfan Allianza Lima klubunun yetirməsidir. Yarımmüdafiəçi 1998-2004-cü illər aralığında məhz bu komandada çıxış edib.
Karyerası ərzində PSV (Niderland) və Schalke (Almaniya) kimi klublarda çıxış edən yarımmüdafiəçinin son ünvanı Rusiya Lokomotiv-i olub. O, Peru millisində 94 oyuna çıxıb, 27 qola imza atıb.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA