26/03/2021
16:29
3043
| A A A
Arsenal yayda 5 futbolçusunu satışa çıxaracaq

Arsenal yayda 5 futbolçusu ilə yolları ayırmağı planlaşdırır.

Goal.az xəbər verir ki, bunlar müdafiəçilər Hektor Belyerin və David Luis, yarımmüdafiəçi Mohamed El-Nenni, eləcə də hücumçular Aleksandr Lyakazett və Edvard Nketiadır.

Bildirilib ki, London təmsilçisi D.Luislə bu yay başa çatacaq müqaviləni yeniləmək fikrində deyil. El Nenni, Nketia və Lyakazettin müqavilələri isə 30 iyun 2022-ci il tarixinədək etibarlıdır.

Klub onların müqavilənin sonunda pulsuz agent olaraq ayrılmamaları üçün yayda həmin futbolçuları sataraq müəyyən məbləğdə pul qazanmaq istəyir.

H.Belyerin məsələsində isə Arsenal rəhbərliyi oyunçunu yaxşı qiymətə satacağına və bu məbləğə iki oyunçu alacağına ümid edir. (sportinfo)

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15566 səs