Barcelona ilə Manchester City arasında mübarizə
Juventus-un futbolçusu Adrian Rabyo ilə Avropanın digər nəhəng klubları maraqlanır.
Goal.az xəbər verir ki, Barcelona və Manchester City 26 yaşlı fransalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
İtaliya çempionu Rabyonu satmaq istəsə, klublar onun transferini nəzərdən keçirəcək.
Qeyd edək ki, Adrian Rabyo 2019-cu ilin iyulunda PSG-dən Juventus-a keçib. Onun Turin təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA