17/06/2021
14:58
4118
| A A A
Buffonun yeni klubu bilindi — RƏSMİ

Juventus-dan ayrılan Canluici Buffonun yeni klubu məlum olub.

Goal.az xəbər verir ki, 43 yaşlı qapıçısı Parma-ya keçib. Bu barədə klubun rəsmi sosial media hesabları məlumat yayıb. İtaliyalı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Buffon Juventus-a 2001-ci ildə məhz Parma-dan keçib.