16/08/2021
22:12
7662
| A A A
PSG heyətinə daha bir ulduz qatmaq istəyir

PSG Manchester United-in fransalı yarımmüdafiəçisi Pol Poqba ilə maraqlanır.

Goal.az xəbər verir ki, Messi, Ramos və Viynaldumun kluba keçidi ilə kifayətlənmək istəməyən PSG rəhbərliyi gələn mövsüm Pol Poqbanı da klubda görmək arzusundadır.

Fransa təmsilçisi yarımmüdafiəçinin növbəti mövsüm kluba gələcəyi təqdirdə ona illik 31 milyon avro ödəyəcəyini vəd edib.

Qeyd edək ki, hazırda Pol Poqba Manchester United-in heyətində ilinə 17 milyon avro qazanır.