17/08/2021
19:45
5423
| A A A
Ozan Tufan Premyer Liqa klubunun hədəfində

Fenerbahçe-nin futbolçusu Ozan Tufan karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqa təmsilçisi Watford yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Ozanın Watford-la danışıq apardığı bildirilib.

Fenerbahçe ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan futbolçunun transfermarkt-də dəyəri 11 milyon avrodur.