26/08/2021
13:54
6429
| A A A
Manchester City-nin Ronaldoya təklif etdiyi maaş açıqlandı

Manchester City Juventus-un superulduzu Kriştiano Ronaldonu heyətinə qatmağa can atan yeganə klub olaraq qalır.

Goal.az xəbər verir ki, italiyalı insayder Canluka Di Martsio şəxsi saytında portuqaliyalı hücumçuya 2 illik müqavilə təklif etməyə hazır olan "şəhərlilər"in ona ödəməyi planlaşdırdığı əməkhaqqının məbləğini də açıqlayıb.

Mənbə Mançester klubunun Ronalduya illik 15 milyon avro maaş verməyi hədəflədiyini vurğulayıb. Di Martsio Kriştianonun agenti Jorje Mendeşin artıq Turində olduğunu və tərəflərin danışıqları davam etdirdiyini bildirib.