26/08/2021
15:21
5603
| A A A
Raminin yeni klubu bilindi

Fransa milli komandasının sabiq futbolçusu Adil Raminin yeni ünvanı məlum olub.

Goal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Troyes klubuna keçib. Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rami ilə bir illik müqavilə imzalanıb.

Raminin son klubu Portuqaliya Boavista-sı olub.

Daha əvvəl Fransada Lille, Marseille, İspaniyada Valencia, Sevilla, İtaliyada Milan, Türkiyədə Fenerbahçe, Rusiyada Sochi kimi klublarda top qovan Rami, Fransa milli komandası ilə DÇ-2018-in qalibi olub.