06/09/2021
12:55
1617
| A A A
Bruno Alveşin yeni klubu bilindi

Portuqaliya millisinin sabiq üzvünün Bruno Alveşin yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, 39 yaşlı müdafiəçi Apollon-a transfer olunub. Bu barədə Yunanıstan Superliqasının təmsilçisinin saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Alveşin son klubu Famalican olub. O, bu yay müqavilə imzaladığı sözügedən klubdan iki həftə sonra ayrılmışdı.