10/09/2021
21:07
3674
| A A A
David Luisin yeni klubu bilindi

Arsenal-dan ayrılan braziliyalı futbolçu David Luis karyerasını ölkəsində davam etdirəcək.

Goal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Flamengo ilə anlaşıb.

O, 2022-ci ilin sonunadək bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub.