11/09/2021
17:59
3523
| A A A
Sane Premyer Liqa nəhənginin hədəfində

Bayern Münich-in hücumçusu Leroy Sane İngiltərəyə qayıda bilər.

Goal.az xəbər verir ki, 25 yaşlı alman futbolçu Chelsea-nin diqqət mərkəzindədir. London klubu bu transferin qarşılığında Timo Verneri də təklif etməyi düşünür.

Qeyd edək ki, Sane 2016-2020-ci illərdə Manchester City-nin şərəfini qoruyub.