13/09/2021
23:38
3894
| A A A
Naqatomonun yeni klubu bilindi

İnter-in sabiq futbolçusu Yuto Naqatomonun yeni klubu məlum olub.

Goal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Tokio klubuna keçib. Naqatomo ilə 2 illik müqavilə imzalanıb.

Yapon müdafiəçi ötən mövsümü Marseille klubunda keçirib.

Karyerası ərzində daha əvvəl İtaliyada İnter, Cesena, Galatasaray kimi klublarda da çıxış edən Naqatomo, Yaponiya yığmasında 127 oyuna çıxıb.