14/09/2021
19:47
2444
| A A A
Hondanın yeni klubu bilindi

Məhşur yaponiyalı futbolçu Keysuke Hondanın yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, ötən mövsümün sonunda Neftçi-dən ayrılan yarımmüdafiəçi karyerasını Litvada davam etdirəcək. O, Suduva klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Keysuke Honda Neftçi-nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.