18/09/2021
18:18
4463
| A A A
Real Madrid-dən Juventus-a

Real Madrid-in hücumçusu Luka Yoviç karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Goal.az xəbər verir ki, 23 yaşlı serbiyalı futbolçu Juventus-un maraq dairəsindədir. Turin təmsilçisi Yoviçi icarəyə götürmək fikrindədir. Ancaq Real Lukanı satmaq niyyətindədir.

Qeyd edək ki, Luka Yoviç ötən mövsümü icarə əsasında Eintracht Frankfurt-da keçirib.