11/10/2021
18:28
3758
| A A A
Real Madrid Hazardla bağlı qərarını verdi

Real Madrid gələn yay Erlinq Holandla müqavilə bağlamaq üçün yarımmüdafiəçi Eden Hazardı satmaq qərarına gəlib.

Goal.az xəbər verir ki, futbolçunun aldığı zədələr ona tam gücünü ortaya qoymağa imkan vermir.

Holandı kluba cəlb etmək üçün isə vəsait lazım olacaq. Odur ki, "kral klubu" ən geci gələn yay Eden Hazardı başqa kluba satmağı planlaşdırır.

Xatırladaq ki, Eden Hazardın Real Madrid-lə hazırki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər qüvvədədir. (fanat)