12/10/2021
12:38
3284
| A A A
Morata Premyer Liqaya keçə bilər

Juventus-un futbolçusu Alvaro Morata karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Tottenham klubu 28 yaşlı hücumçuyla maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. London təmsilçisi ispan futbolçunu klubdan ayrılacağı gözlənilən Harri Keynə əvəzləyici kimi görür.

Morata daha əvvəl – 2017-2019-cu illərdə Premyer Liqa təmsilçisi Chelsea-də çıxış edib.