12/10/2021
18:27
2616
| A A A
Romero İtaliya klubuna keçdi

Argentina millisinin və Manchester United-in sabiq qapıçısı Serxio Romeronun yeni klubu müəyyənləşib

Goal.az xəbər verir ki, 34 yaşlı qolkiper Venezia ilə müqavilə imzalayıb. Bu barədə A seriyasının saytı məlumat yayıb. Onunla 2021/2022 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Romeronun Manchester United-lə müqaviləsi ötən mövsümün sonu başa çatıb. O, yeni klubuna azad agent kimi keçib.